The death of children – Azerbaijani
A translation of Richard Berengarten’s poem ‘The death of children’
by Alviz Aliyev
The death of children – Azerbaijani
The death of children – Azerbaijani
Uşaqlarin ölüm
Uşaq ölümüdür ən ağır əzab,
Buna bəşəriyyət necə dözür bəs ?
Haqq, ədalət hanı, kim verər cavab ?
Əgər günahkarla biz çəksək hesab,
Bununla təsəlli taparmı hər kəs ?
Uşaq ölümüdür ən ağır əzab.
Deməklə taledən gəlir iztirab,
Bunlar boş sözlərdir, deyirlər əbəs,
Haqq, ədalət hanı, kim verər cavab ?
Yüz cür bəhanələr gətirməz savab,
Axır qalib olar haqdan gələn səs,
Uşaq ölümüdür ən ağır əzab.
Ölüm sevinməsin, onadır xitab,
Analar yanırlar çəkmədən nəfəs,
Haqq, ədalət hanı, kim verər cavab ?
Biz ata, anayıq qohum, ya da yad,
Uşaq itirəndə qalmayır həvəs,
Haqq, ədalət hanı, kim verər cavab ?
Uşaq ölümüdür ən ağır əzab !
Translated by
Alviz Aliyev